← Şeirlər
Cəfərə
Mənim də ömrümün pis vaxtı idi,
Cahıl vaxtı idi, tərs vaxtı idi,
Amma ki, haqq-halal, düz vaxtı idi.
Neynək? Haqq çırağımın yağı ağırmış,
Haqq ol ki, haqq iyi alasan gərək.
Mən də beləsinə çəkdim sınağa,
Görən, mən kişinin durna çırağın,
İyin neçə ərən qoxub-duyandır?
O vaxt ki mən gördüm, gözə nur gəldi,
Yüz tümən zülmətdən, Cəfər oyandı!
Keçdi belə müddət, keçdi belə gün,
"Allah! Allah!" deyib, dözürdüm hər gün,
Çörək atlı idi, mən də piyada,
Çörək qovaladım, qapı-baca, qardaş.
Eşidəm şad xəbər, xoş səda, səs, ün.
Eşitdim sədasın, duydum da səsin,
On ay sonra qoxdum çörək iyisin,
Qaldım şad xəbərə, mən, mat-məəttəl,
Doğmaya məəttəl, yada məəttəl,
Haramı ağuya, dada məəttəl...
Ömrüm başı üstdən keçirdim o gün,
Ömrüm başı üstdə Cəfər dayandı!
Allah, indən belə dərd də verməsin,
Başımdan da ağır yük də verməsin,
"Batmandır, gəl, başın çək də" deməsin,
Allah, yüngül salsın, dərdimi, qardaş.
Versə də, dərdimi tək də verməsin,
Yanımda dərdimin qardaşı olsun,
Bayram-büsatımın yoldaşı olsun.
Şükür ki, onu da mənə veribdir,
Yenə nə ki müşkül, muştuluq ola,
Dərd, sevincimə, Cəfər hayandır!