← Şeirlər

Su aydınlıqdır

Şeir · 11 noyabr 2024
Elnur və Köçəriyə Su aydınlıqdır… O gecə, o aydınlıq, İki evin iki kişisini O dünyanın aydınlığına, Külfətini, qaranlığa apardı… Altıca hərflik “Rəhmət” qopdu Adamların dilindən… Vəzifəli, rütbəli, bivec Altı, altmış altı HƏRİFİN ƏMƏLİNDƏN!… İki evin iki kişisi Köçünü götürdü O gecə, Tunelin altında Bu şəhərdən… 23.10.2024