← Şeirlər

Arzular

Şeir · 4 yanvar 2025
Xoşniyyətli insanların, xoş niyyətlərinə çatması aruzusu ilə... Gecə keçmiş, yastıq başında Başlayır xəyallar, Boy verir arzular... Arzular ümid cücərdir, Ümidlər cəhd tomurcuqlayır... Çatmaq ümidi ilə yaşayırsan, Çatmaq həvəsi ilə çapırsan Ümidini, arzuların üstünə... Ya yetirsən arzuna Ya da gedir tərsinə... İl gəlir il üstünə... Sonra da görürsən ki, Məktəb də bitirmisən, Əsgərlik də çəkmisən, Təzə işə girmisən (Nə fərqi var, yaxşı, pis) Axır ailə qurmusan, Ər evinə köçmüsən... *** -İstəklidir? -Yox əşi..elə birin tapdılar, Dedilər: Məsləhətdir! -İxtisasın? -Atam deyən, anam istəyən... -Bəs peşən? -Nə bilim "nə" -Maaşın? -Pis deyil də... -İşindən razısanmı? -...Başımı girləyir də... -Köçəsiydin Berlinə? -Qalıram Əhmədlidə... Yaş gəlir yaş üstünə... *** Bir ölkənin içində Bir şəhər dəyişmisən, Ya bir şəhər içində Dörd otaq dəyişmisən, Üç otaq əvəzinə... Xeyirli olsun, bacım, qardaşım! Arzu. dilək tutmağa Ya da peşman olmağa, Bir otaq yerin artıb Bir şəhər yerin artıb Bu ölkənin içində!... Yenə şükür bu günə!... ...Hə?!... ...Arzular harada idi? Arzular diri idi, Arzular cəsur idi... Ümidlər şirin idi... Diri arzular ölür, Arzular qorxaqlaşır, Ümidlər acılaşır... Ya sən qurban verirsən, Keçirsən hünərindən, Ya da ki sənli, sənsiz, Eləcə itir, gedir... Arzular şəhərində Arzular dəfn edilir... Ayılırsan fikirdən, Yan otaqdan səs gəlir: -Ay oğul, araq hanı? -Ay qız, bizə çay gətir! 04/01/2025-05/01/2025