← Şeirlər

Ulduzum

Şeir · 17 aprel 2023
Bir yarım var, qərar tutub ay üstdə Ulduz-ulduz gözlərini qaçırdar, Gözlərindən işıldayar gecələr, Göydən yerə ulduzunu uçurdar… Ürəyimin ulduz boyda sevincin, Ulduz naxış gözlərinə köçürdər… Canım, gözüm, özüm, mənim ulduzum, Ölüm, sənin işığında gor qazım Sənə aşiq, sənə həsrət ulduzam Ulduzundan murad dilər ulduzum Yerdən-göyə səni gəzər ulduzum... Gündüz dözər, gecə dözər ulduzum Hər nə desən, yenə dözər ulduzum Dözər, gözüm, dözər sənə ulduzum, Dözər, dözər, axır bezər ulduzum, Axı səndən küsər mənim ulduzum... Ay, Ulduzum! Ay, ulduzum! Ulduzunla öyünmə, Ulduz ömrü qısa olur, əzizim. Görərsən ki, ay işıqlı gecədə, Yar aşıqlı, yar, aşiqli gecədə Yüz-yüz, min-min aşiq ulduz içindən Yerdən göyə iki ulduz ucalar, Bu gün mənim, sabah sənin ulduzun, Yerdə yanıb, göydə sönər ulduzum Bu yer, məni məhvərindən qaçırdar... Ulduz gözlüm, keçsə məndən ürəyin, Bir gün məni yerdə gəzəsi olsan, Gecə göydən Allah məni pıçıldar... 7 may 2020 Bakı şəhəri