← Şeirlər

Yuxu

Şeir · 5 dekabr 2021
Bir yiyəsiz gecə ola Mən də, Allah, bu gecənin Təkcə, yiyəsiz bəndəsi. Mən gedəm div yuxusuna. Nə ola, Allah, nə ola? Yuxum tapa yiyəsini... Mən bu yiyəsiz gecədə Bir yiyəli yuxu görəm... Bir də görəm ki, a gözüm Bir də görəm ki, əzizim Yuxuma qonaq gəlmisən Gəl, ay gecəmin yiyəsi Yuxum qurban, gecəm qurban! Xoş gəlmisən! Gecəm səsindən oyana Yuxumdan səsin boylana Danışasan, mən eşidəm. Gözüm, o söhbət, sözünün, O səsinin, nəfəsinin Yuxusundan ayılmaram Yuxumda ölərəm elə... 24 Oktyabr 2021 Bakı şəhəri