← Şeirlər

Dəyişdim

Şeir · 8 aprel 2025
Hava soyuqdur, Kefim də yoxdur... Dedim nəyisə dəyişim Kefimi açım... Fikirləşdim, Fikirləşdim, Fikirləşdim, Dəyişdim... Yox.... Nə peşəmi, Nə şəhəri, Nə ölkəmi, Nə də bir ay öncə Aldığım paltonu... Dəyişdim... Evimdən işə gedən, İşdən evimə gələn Yolumu... 08/04/2025