← Şeirlər

Nə Gözəl Gecədir...

Şeir · 6 dekabr 2021
Nə gözəl gecədir Bu yay gecəsi Qara yer üstündə Yer adamların, Göydə ulduzların Yuxusu gəlir... Canının tapşıra Adam bu gecə Qaldırıb əllərin Göylərə sarı Dənləyə göylərdən Ulduz dənəsi... Göydə də qurtara Ulduzun sayı Ulduzlar ardında Görünə Allah, Ürəyi dolusu Baxa dünyaya Dünyanın halına Sevinə Allah... Arayar, soraqlar Göyün üzündə Axtara Allahın İnsan bəndəsi Allah haraylayan Yalvarışından Tərpədə dünyanı "Allah" kəlməsi. Oyadıb!...Gecəni Allahın səsi Dünyaya Allahın Nəfəsi gəlir... Belə, Allahına Qovuşur insan, Ulduzu Allahla Barışır insan. Cənnət ətirləyir Yer, göy bu gecə Gecədən Allahın Qoxusu gəlir... 30-31 Mart 2021 Bakı şəhəri