← Şeirlər

Səssiz Müharibə

Şeir · 19 yanvar 2023
O gecə...qazi asdı özünü... Müharibələrin ən sakiti, Ən səssizi oldu o gecə... O gecə... qazi, Üç medal, üç rayon Canına qəsd elədi... ...Qazinin başı... Kəmərindən asılı... Medalları...köynəyindən... Üç medal...üç rayon... Cəbrayıl...Xocavənd...Füzuli... O gecə... qazi... O gecə... Qarabağ intihar elədi... 22.11.2022-20.01.2023